Ru
16:36 / 19 Fevral 2026

Azərbaycanda TƏLƏBƏ liseyə direktor təyin olundu - FOTO

Azərbaycanda TƏLƏBƏ liseyə direktor təyin olundu -  FOTO
Eye

Sabirabad Peşə Liseyinə yeni direktor vəzifəsinə təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Elçin Səmədov gətirilib.

Qeyd edək ki, E.Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

2010-2017-ci illərdə Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışıb, Sabirabad rayonu İ.Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

2017-2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə.Xanlarov adına tam orta məktəbdə direktor vəzifəsində çalışıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar