Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.
Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov açıqlamasında bildirib.
O qeyd edib ki, 26 dövlət artıq Sülh Şurasına qoşulub və daha 6 ölkə təmsil olunacağını bəyan edib:
“İtaliya daxil olmaqla Avropa İttifaqının 5 ölkəsi Sülh Şurasının ilk iclasına qatılmaq qərarı verib. Meksika da iclasda iştirak edəcək ölkələr sırasındadır.
Qəzzanın bərpası üçün Şuraya üzv olan dövlətlər tərəfindən 5 milyard dollar ianə olunmasının ilk iclasda ABŞ Prezidentinin bəyan edəcəyi gözlənilir. BMT-nin qiymətləndirmələrinə görə, Fələstinin tam bərpası üçün 70 milyard dollar tələb olunur.
Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də genişlənir.
Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənməkdədir”.