Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.
Bakupost.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın həmsədri kənd təsərrüfatı naziri olub.
Bu dəyişikliyə qədər həmsədr ekologiya və təbii sərvətlər naziri idi.