Ru
15:00 / 18 Aprel 2026

Azərbaycanla yekun sülh sazişinin tez imzalanmasına çalışırıq - Paşinyan

Azərbaycanla yekun sülh sazişinin tez imzalanmasına çalışırıq - Paşinyan
Eye

Ermənistan–Türkiyə sərhədinin açılması və Azərbaycanla yekun sülh sazişinin tezliklə imzalanması istiqamətində işlər davam edir.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin iclasından sonra keçirilən brifinqdə deyib.

“Düşünürəm ki, artıq Ermənistan, Azərbaycan və Türkiyənin rəsmi şəxsləri arasında təmasların gündəlik iş fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməsinin vaxtı çatıb”, – deyə baş nazir vuröulayıb.

Bununla da Paşinyan son dövrlərdə bu ölkələrin rəsmiləri arasında əlaqə və görüşlərin intensivləşməsinə işarə edib.

Ermənistan–Türkiyə sərhədinin açılması və Azərbaycanla yekun sülh sazişinin imzalanması perspektivlərindən danışan Paşinyan qeyd edib ki, bu mövzuda yeni xəbər yoxdur.

“Yeni heç nə yoxdur, sadəcə gündəlik iş aparılır. Biz müxtəlif istiqamətlərdə münasibətləri inkişaf etdirmək üçün imkanlar axtarırıq”, – deyə baş nazir bildirib.

Bu kontekstdə o, Türkiyə aviaşirkətlərindən birinin - "Türk Hava Yolları"nın artıq Ermənistana uçuşlar həyata keçirməyə başladığını xatırladıb. O bildirib ki, bu məsələ ötən il Çində Türkiyə prezidenti ilə görüşündə müzakirə olunub. Baş nazirin sözlərinə görə, prezident Ərdoğan ona Ermənistan istəsə, "Türk Hava Yolları"nın İrəvana uçuşlara başlaya biləcəyini deyib. İndi o, ümid edir ki, tezliklə Gümrü üzərindən uçuşlar da açılacaq.

“Ümid edirik ki, hansısa Türkiyə aviaşirkəti Gümrüyə də uçuşlar həyata keçirəcək”.

Baş nazir vurğulayıb ki, onun üçün əsas məsələ Ermənistan–Türkiyə sərhədinin açılıb-açılmaması və ya Azərbaycanla sülh sazişinin imzalanıb-imzalanmaması deyil, bunun nə vaxt baş verəcəyidir.

Paşinyanın sözlərinə görə, hazırda bunun mümkün qədər tez reallaşması üçün iş aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar