Ru
15:28 / 18 Aprel 2026

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi - FOTO

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi  - FOTO
Eye

Türkiyənin paytaxtı Ankarada 2010-cu ildə öldürülən şəxsin qətlini təşkil edən və qaçaq kimi ölkə xaricində olan Barış Mirzə adlı kişi ölkəyə qayıdan kimi Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, polisə 29 oktyabr 2010-cu ildə avtomobilində 28 güllə yarası alaraq həyatını itirmiş Burak Şenin (26 yaş) qətlini təşkil edən və yeddi ildir qaçaq olaraq Gürcüstanda yaşayan Barış Mirzənin ölkəyə qayıtdığı barədə məlumat daxil olub.

Məlum olub ki, Barış Mirzə üzünü əməliyyat yolu ilə dəyişdirərək özünü qardaşına bənzədib və qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək Türkiyəyə gəlib.

B.Mirzə burun, dodaq və çənə nahiyəsindən estetik əməliyyatlar keçirib, həmçinin saç əkdirib. Ölkəyə gəldikdən sonra gizli yaşamağı planlaşdırırmış.

Polis bölməsindəki prosedurlardan sonra Barış Mirzə göndərildiyi məhkəmə tərəfindən həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar