Ru
15:40 / 18 Aprel 2026

48 gün sonra İrana ilk təyyarə yola düşdü

48 gün sonra İrana ilk təyyarə yola düşdü
Eye

İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.


Bakupost.az xəbər verir ki, bu barədə Yaxın Şərq aviadispetçer xidmətindəki mənbə məlumat verib.


Mənbə təyyarənin marşrutu, eləcə də bunun sərnişin reysi və ya texniki reys olub-olmadığına dair detalları açıqlamayıb.


"Təyyarə Maskatdan İrana yola düşüb. Bu, İran hava məkanının qismən açılmasının elan edilməsindən bəri başqa ölkədən uçan ilk təyyarədir", - deyə mənbə bildirib.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar