Dünya əhalisinin ümumilikdə 30 faizi, 65
yaşını keçmiş şəxslərin isə 65 faizi hipertoniya xəstəliyindən əziyyət çəkir. Hipertoniya
xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi
pozğunluğudur. Bəzən arterial hipertenziya da adlanan bu xəstəlik Azərbaycanda
da geniş yayılıb.
Statistik məlumatlara görə, qan təzyiqinin
yüksəlməsi ümumi qan təzyiqindən əziyyət çəkən xəstələrin 90-95 %-ni təşkil
edir
BakiPost.az ölkəmizdə də geniş yayılan qan təzyiqini
aşağı salmağın ən sadə üsullarını təqdim edir:
1. Əski parçasını alma və ya 5 %-li mətbəx
sirkəsi ilə isladıb 7-10 dəqiqə müddətində ayaq pəncəsinin üzərinə qoymaq
lazımdır. Resept o qədər effektlidir ki, istifadə zamanı nəzarət etmək lazımdır
ki, təzyiq çox aşağı düşməsin. Təzyiq qaydasına düşən kimi prosedur
dayandırılmalıdır.
2. Ayaqlar üçün xardalla qaynar vanna
hipertoniyadan əziyyət çəkənlər üçün effektiv üsullardandır. Bu zaman təzyiq həb
qəbulu zamanı olduğundan daha tez aşağı düşür.
3. Sarımsaq da təzyiqi aşağı salmaq üçün
lazım olan məhsullardandır. Belə ki, 2 baş sarımsaq bir stəkan süddə yumşalana
qədər bişirilir, süzgəcdən keçirilir və əldə olunan məhlul 14 gün müddətində
gündə 3 dəfə, yeməkdən sonra bir xörək qaşığı içilir. Hər iki gündən bir yeni məhlul
hazırlamaq lazımdır.
4. Orta böyüklükdə bir baş soğan, dörd diş
sarımsaq xırda-xırda doğranılır, üzərinə bir xörək qaşığı qurudulmuş quşarmudu
(üvəz) meyvələri əlavə olunur. Əldə olunmuş qarışığa 1 litr qaynadılmış soyuq
su əlavə edilir, qaynayana qədər qızdırılır və ya ağzı kip bağlamış qabda zəif
odun üstündə qaynadılır. Sonra üzərinə xırda doğranılmış və qurudulmuş bir xörək
qaşığı cəfəri, şüyüd, quruca əlavə edilir, qarışdırılır və yenidən 15 dəqiqə
qaynadılır. Bir saat gözlədikdən sonra məhlul süzülür. Süzülmüş məhlul yeməyə
30 dəqiqə qalmış gündə 4 dəfə 1,5 mətbəx qaşığı miqdarında qəbul edilir. Müalicə
kursu 10 gündür. Bir həftədən sonra təkrar etmək lazımdır. Məhlulu 5 gündən çox
olmamaq şərtilə soyuducuda saxlamaq olar.
5. Tut kökünün qabığı - Çin təbabətində bu,
neçə əsrlərdir ki, istifadə olunur. Tutun kökləri tər-təmiz təmizlənir,
yuyulur, qabığı soyulur, xırda - xırda doğranılır, 300 qr suya tökülür, zəif
odda 20 dəqiqə qaynadılır. Bir sutka gözlədikdən sonra su ilə birlikdə içilir.
6. Nar qabığı - çay kimi dəmlənir və içilir. Təzyiqi
çox asanlıqla aşağı salır. Arzu olunan qədər içilə bilər.
7. Qara qarağat mürəbbəsi və quru meyvələrin
dəmlənməsini içmək də təzyiq üçün effektlidir.
8. Sarımsaq, soğan - əgər hipertoniya
sklerotik formadadırsa gündə bir neçə dəfə xırda soğan və bir parça sarımsaq
yemək lazımdır.
9. Müalicəvi pişikotu(valerian) - dəmləmə şəklində,
cövhər və ya paraşok kimi istifadə olunur. Pişikotu (valerian) cövhəri - 10
qram kökü yaxud da qabığı xırdalanır, 300 qram suya tökülərək 10 dəqiqə
qaynadılır, iki saat gözlənilir. İki saat gözlədikdən sonra süzülür, gündə 3 -
4 dəfə olmaqla 1 ∕4 stəkan içilir. Pişikotu dəmləməsi - 10 qram kök və kökümsov
300 qram suya tökülür, 30 dəqiqə qaynadılır və süzülür. Gündə 3 dəfə yarım stəkan
içilir.
10. Adi mərcangilə (mərsin) - xalq təbabətində
hipertoniya xəstəliyində meyvələrin şirəsindən istifadə olunur.
11. Mavi doqquzdon – çox effektli vasitədir.
Təzə meyvələri çay kimi dəmlənir.
12. Qırmızı çuğundur – müalicə məqsədilə
çuğundurun meyvə kökündən istifadə olunur.
13. Yemişan – çuğundur şirəsi yemişan şirəsi
ilə qarışdırılır - məhlul 1:1 nisbətində hazırlanır. Gündə 3 dəfə bir mətbəx
qaşığı istifadə olunur.
14. 1∕3 stəkan balqabaq həlimi balla birlikdə
gecə yuxusundan 30 dəqiqə əvvəl içdikdə bədəni sakitləşdirir, təzyiqi
normallaşdırır və hipertoniya xəstəliyinin sadiq dostu olan yuxusuzluğu aradan
götürür. Məhlul 200 qram doğranılmış balqabaq yumşalanadək az miqdarda suda qızdırılaraq
hazırlanır. Məhlul ələkdən keçirilir və bal əlavə edilir.
15. Yüksək təzyiq zamanı səhər acqarına təzə
çuğundur şirəsi qəbul etmək də təsirli vasitələrdəndir.
Yüksək qan təzyiqinin aşağı salınması üçün
effektiv reseptlər:
1. 1 mətbəx qaşığı quru itburnu mevələrinin üzərinə 2 stəkan
qaynadılmış su tökülür və zəif odun üzərində 10 dəqiqə qızdırılır, soyudulur,
süzülür, üzərinə bir mətbəx qaşığı bal əlavə olunaraq qarışdırılır. Qarışıq
soyuducuda qapalı qabda saxlanılaraq gündə 2 - 3 dəfə olmaqla 1 ∕4 , 1∕2 stəkan
qəbul edilir.
2. 4-5 kartofun qabığı soyulur, yaxşıca yuyulur, üzərinə 0,5 litr
qaynadılmış su əlavə edilir, 15 dəqiqə zəif odda qapalı qabda qaynadılır. Məhlulu
süzmək və gün ərzində 1-2 stəkan qəbul etmək lazımdır.
3. 1 stəkan mineral suda 1 mətbəx qaşığı bal qarışdıraraq yarım limon
şirəsi əlavə edilir. Bir dəfəyə acqarına istifadə olunur. Müalicə müddəti 10
gündür.
4. 2 ədəd toxumu çıxarılmış limon qabıqlı halda ətçəkən maşından
keçirilir, 1 stəkan şəkər tozu ilə qarışdırılır, 1 həftə qaranlıq və sərin yerdə
saxlanılır, mütəmadi olaraq qarışdırılır. Bütün qarışıq gün ərzində istifadə
edilir və həmin gün əlavə qida qəbul olunmur. Bu qarışıq hipertoniya zamanı iki
gündən bir 5 dəfə aclıq pəhrizi şəklində istifadə olunur.