Ru
16:07 / 12 Avqust 2025

"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Eye

"Azercell" yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir.

Bakupost.az xəbər verir ki, bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.

Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar