Ru
09:37 / 07 Avqust 2026

“Azəristiliktəchizat”dan sakinlərə xəbərdarlıq

“Azəristiliktəchizat”dan sakinlərə xəbərdarlıq
Eye

“Azəristiliktəchizat” ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar sakinlərə müraciət edib.

"Bakupost" xəbər verir ki, bu barədə ASC məlumat yayıb.

Qurumdan 2026–2027-ci il istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirildiyi bildirilib:

“Bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edirik.

Vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar