Ru
17:03 / 14 İyun 2026

Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək
Eye

16-19 iyun tarixlərində Bakı Konqres Mərkəzində İslam İnkişaf Bankı (İİB) Qrupunun 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.

Bakupost.az xəbər verir ki, forum İİB Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olunacaq.

“Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən tədbirdə özəl sektorun iqtisadi inkişaf, ticarət və investisiya əməkdaşlığındakı rolu müzakirə olunacaq. Forumun əsas məqsədi İİB-yə üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirmək, yeni biznes və investisiya imkanlarını təşviq etməkdir.

Tədbir çərçivəsində infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sahələrində əməkdaşlıq perspektivləri müzakirə ediləcək, dövlət və özəl sektor nümayəndələri arasında B2B və B2G görüşləri keçiriləcək. Həmçinin startap proqramları, sərgi və bilik mübadiləsi sessiyaları təşkil olunacaq.

Forumda dünyanın müxtəlif ölkələrindən 1500-dən çox iştirakçının, o cümlədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq şirkət rəhbərlərinin, investorların, sahibkarların və maliyyə institutları nümayəndələrinin iştirakı gözlənilir.

PSF 2026 çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Fərqlənmə Mükafatlarının təqdimetmə mərasimi və innovativ biznes ideyalarının qiymətləndiriləcəyi startap müsabiqəsi də keçiriləcək.

Forumun əsas natiqləri sırasında İİB Qrupuna daxil olan qurumların rəhbərləri, o cümlədən İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti baş icraçı direktoru Dr. Xalid Xələfalla, həmçinin Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl Amani çıxış edəcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar