Ru
15:08 / 10 Yanvar 2024

Bakı Dövlət Sirki BAĞLANDI

Bakı Dövlət Sirki BAĞLANDI
Eye

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib.

Bakı Dövlət Sirkindən Bakupost.az -a daxil olan məlumata əsasən, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - xəbərdə deyilir.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar