İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı "Hizbullah" hədəflərinə hücumlar edərək İranla atəşkəsi pozmağa çalışır.
Bakupost.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Xatırladaq ki, 8 aprel gecəsi ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Onlar arasında müharibə 28 fevral tarixində başlamışdı. ABŞ lideri Donald Tramp bundan əvvəl ABŞ qoşunlarının razılıq əldə olunana qədər İrana yaxın qalacağını bildirmişdi.