Ru
12:35 / 10 May 2026

Bakı sakinlərinə şad xəbər - 22 il sonra...

Bakı sakinlərinə şad xəbər -  22 il sonra...
Eye

“Bakı Metropoliteni” QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı tramvayların Bakıda fəaliyyət göstərməsinin nəzərdə tutulsa da, layihənin bütün paytaxtı əhatə etməyəcəyini bildirib.

“Müəyyən ərazilər var. Məsələn, Bayıl, “Sea Breeze” ərazisi, Məmmədli qəsəbəsi, Sabunçu və digər istiqamətlərdə tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Layihələrin bir qismi artıq müzakirə olunub, bəziləri təsdiqlənib, digərləri isə hələ araşdırma mərhələsindədir. Tammiqyaslı işlərə, yəqin ki, gələn ildən başlanılacaq”,- o əlavə edib.

E.Muradlının sözlərinə görə, tramvay xətlərinin çəkilməsi metro tikintisi qədər mürəkkəb proses deyil:

“Bu səbəbdən layihənin icrası çox da uzun vaxt aparmayacaq. Təbii ki, sistemi “Bakı Metropoliteni” idarə edəcək. Tramvayın tıxac probleminə nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Amma ictimai nəqliyyatda alternativlərin artması tıxacların azalmasına səbəb ola bilər. Çünki insanlar rahat və əlverişli ictimai nəqliyyat olduqda şəxsi avtomobillərdən daha az istifadə edirlər”.

Qeyd edək ki, Bakıda tramvay 2004-cü ildə ləğv edilib.

Şərhlər
  • Ulviyya Mamiyeva

    Yəqin ki avtobus yada minik avtomabillərinin çox az istifadə edilən yerlərdən keçəcək əks halda tıxacın bir mənalı səbəbibola bilər

  • Rəsul Əliyev.

    Allah xeyir versin !

  • Bahadur

    Yadıma gəlir ...Təbriz küçəsində yaşayırdım. Tramvay yolları vardı, depo vardı....Onu inkişaf etdirmək əvəzinə AXC-Musavat cütlüyü hamısını sökdülər və satdılar. Zaman göstərir ki, bir çox qərarlar kimi bu da çox səhv qərar idi... İndi yenıdən onu quracaqlar, amma tam şəffaf, korrupsiyasız......

  • Nəqliyyatçı

    Tramvay tıxacları artmasna səbəb olacağı elə indidən bəllidir.Çünki mövcud yollar daha da daralması və digər nəqliyyat növlərinin hərəkətinə mane olacağı bir mənalıdır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar