Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə bıçaqlanma olduğu iddia edilir.
Bakupost.az Bakuplus-a istinadla xəbər verir ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır.
Direktor polis şöbəsinə çağırılaraq dindirilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır