Ru
10:01 / 19 Fevral 2026

Bakıda beynəlxalq konfrans başladı

Bakıda beynəlxalq konfrans başladı
Eye

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb.

Bakupost.az xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.

Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.

Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.

Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.

Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar