Ru
16:15 / 16 İyun 2026

Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi

Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR:  Payızdan yeni iş rejimi
Eye

Azərbaycanda iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Deputat Vüqar Bayramov bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

Onun sözlərinə görə, proqram çərçivəsində bu mexanizmin məhz 2026-cı ildə tətbiqi planlaşdırılır.

“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq",-deyə millət vəkili qeyd edib.

Maraqlıdır, işə başlama saatlarının fərqləndirilməsi doğrudanmı şəhərdə nəqliyyat yüklənməsini azalda bilər? Bu dəyişiklik daha çox hansı sahələrdə effektiv nəticə verəcək?

İqtisadçı Natiq Cəfərli Bakupost.az -a bildirib ki, Azərbaycanın əmək bazarına baxdıqda vəziyyət bir qədər mürəkkəb görünür:

“Ölkəmizdə muzdla çalışanların təxminən yarısı dövlət sektorundadır. Məsələn, 880 minə yaxın insan dövlət və büdcə sektorunda çalışır. Bura daha çox müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət şirkətlərinin işçiləri daxildir. Onların iş qrafikinin dəyişdirilməsi o qədər də asan məsələ deyil. Məsələn, müəllimlərin iş saatlarını necə dəyişmək olar? Bunun üçün məktəblərin də iş rejimi dəyişməlidir. Məktəblərdə sinif otaqları kifayət qədər olmalıdır ki, dərslər 8, 9 və ya 11-də başlaya bilsin.

Amma belə bir dəyişiklik olsa, aşağı yaş qruplarında uşaqları məktəbə valideynlər necə aparacaq? Bu halda valideynlərin də iş qrafiki həmin rejimə uyğunlaşdırılmalıdır. Yəni bu, o qədər də asan həll olunan məsələ deyil.

Tıxac probleminin həlli təkcə bu amildən asılı deyil. Bakının əsas problemi həddindən artıq yüklənməsidir. Əsas hədəf Bakının yükünün azaldılması, işğaldan azad olunmuş bölgələrdə yüz minlərlə əhalinin yaşaya biləcəyi şəhərlərin yaradılmasıdır. Məsələn, Xankəndinin yarım milyonluq bir şəhərə çevrilməsi mümkündür. Ümumilikdə isə Bakı üzərindəki yükün azaldılması daha məntiqli yanaşma kimi görünür”.


Müstəqil ekspert Aygün Musayeva isə bildirib ki, Azərbaycanda sürətlə kəndlərin boşalması urbanizasiya prosesinin sürətlənməsinə və şəhər ilə regionlar arasında balansın kəskin şəkildə pozulmasına gətirib çıxarır. Onun sözlərinə görə, qaçqınların əksəriyyətinin Bakıda məskunlaşması, turist axını, bütün inzibati binaların burada yerləşməsi Bakının əhali yükünü artırıb və şəhərin normadan 2-3 dəfə artıq yüklənməsinə səbəb olub:

“Bu fonda boş torpaq sahələrinin azalması göstərir ki, mövcud yol infrastrukturu gələcək artıma tab gətirə bilməyəcək.

Bəzi qurumlar var ki, onların səhər 8-9-da fəaliyyətə başlamasına ehtiyac yoxdur.Bəzi inzibati binalar, ofislər, əhaliyə xidmət göstərməyən elmi-tədqiqat institutları, agentliklər, müxtəlif komitələr və rayon idarələri buna misaldır. Çünki onların geniş vətəndaş axını yoxdur, əsasən kabinetlərdə məhdud işlə məşğuldurlar.


Məsələn, statistik hesablama aparan qurumlar, elmi-tədqiqat institutları, Əlyazmalar İnstitutu, Elmlər Akademiyasının nəzdində olan müxtəlif müəssisələrdə vətəndaş qəbulu olmur. Bu qurumların hamısının səhər 8-9-da işə başlamasına ehtiyac yoxdur. Notariatlar, bəzi təhsil idarələri, çörəkbişirmə sexləri, metro, marketlər, apteklər, xəstəxanalar kimi xidmət sahələri isə erkən saatlarda işləməlidir. Digər fövqəladə və ya həyati xidmət göstərməyən qurumlar isə saat 10-11-də işə başlayıb 16:00–17:00-da işini başa vura bilər”.

Ekspertin fikrincə, hazırda iş saatının azaldılmasından qorxmaq lazım deyil:

“Çünki elə qurumlar var ki, onların saat 9-dan axşam 5–6-ya kimi işləməsinin ümumiyyətlə əhəmiyyəti yoxdur.
Əksinə, bu yanaşmanın iqtisadi və ekoloji faydaları var. Enerji sərfiyyatı azalır, xərclərə qənaət olunur, şəhərin ümumi yüklənməsi azalır, insanların xroniki stress baxımından sağlamlığı və psixi durumu düzəlir. Çünki uzun müddət Bakı kimi sıx şəhərdə tıxacda işə gedib çıxmaq həmin o idarələrin əməkdaşlarını da yorur.

Bank sektoru da iki növbəli iş rejiminə keçə bilər. Məsələn, bütün əməkdaşların səhər 9-da işdə olması vacib deyil. Universitetlərin sıx yerləşdiyi ərazilərdə - Elmlər Akademiyası, Sahil, Nəsimi rayonunda növbəli sistem tətbiq oluna bilər. Bir qrup dərsə səhər başlayırsa, digəri günortadan sonra və ya axşama qədər davam edə bilər. Hətta Sovet dövründə bəzi ali məktəblərdə gecə növbələri də mövcud olub”.

A.Musayeva deyir ki, hazırda dünyada aktual olan məsələ “neçə saat çox işlədim” yox, “nə qədər optimal işlədim”dir:

“Yəni bir əməkdaş işə gəlib 10 saat oturub heç nə etməyə bilər. Amma cəmi 4 saat işləyib qat-qat artyıq xeyir də verər”.

Lalə Novruz,
BakuPost

Şərhlər
  • Arzu Alikisiyeva

    Esas əhalinin səbebsiz kənddən şəhərə kocmeyidir, bunun qarsisini almaq lazımdır .esas gətirilməlidir.

  • Mansur E.

    Yukun azalmasi uçun birinci novbede dövlet işinde işleyen şöbe mudurlerin ve onlar kimi selahetli adamlarin AILELERI üçün günde 5-6 defe gelib getmeyidir. dövletin ayirdigi avtomobiller devlete deyl bu adamlarin aillerine işleyir.ustelik yollarda avtobus xetlerindede isyediyi kimi surulmeyidir. Aileden birileri o xidmeti avtomobilin yolunun ustunde olan iş yerine getsin.lakin heyat yoldashi uçün biri,oglu,qizi,nevesi üçün her kese bir dövlete aid avtomobil gelir.Bunu meger bilmeyirler? Düşünün bir evden 3-5 avtomobil eyni saatlarda yola çıxır.Nazirliklerin ve diger qurumlarin işçileri Azparkinqde olan boş yerleri zebt edirler.Pulunuda dövlet hesabindan odeyirler.Boş yerleri 8-10 saat zebt edirler.buda ozluyinde tixaca sebeb olur. Mekteblerdeki problemler : Yol ustunde olan mekteblerin hasar hissesinde Kameralar qurulsun.övladı düşürdüb 5 deq terk etsin.yoxsa saatlarla sohbet eden xanimlar var. En esas Yollarin enli yani 5-6 sirali yollar olmalidir. 8 NOYABR pr.ti 4 zolaqdan Afiyyeddin Celilov kuç. 3 zolaga sonra ise 2 zolaqli Üzeyir Hacıbeyli kuç. Bunu aradan qaldirmaq lazimdir. Bütün iş yeri olan şurketler,mueisselerin özünün heç olmasa 10-20 avtomobil üçün qapalı parklanma meydanı olsun.Meselen Azadliq meydanının altinda ayliq güzeštli talon almaq imkanı verilsin.Meydanin altida ustude dovletindir.kimse orani icareye goturubse o şirket o etrafda en aşagi qiymetle ayliq anlaşa biler.mecbur olmalidir parking yiyesi. Işçilerin ( eyni teyinatli)işe gelme vaxtlarin 2-3 qrafikalı etmek.her birinin vaxtini 1saat ferqinle. Eeeee izundevbezdim yazmaqdan. Her sheye bir çare tapmaq olar.Lakin yuxarida oturanlarin isteyi olsun . En esas bu Tixaclar bezi yaratmaz işçilerin işine yarayir.bunu gundelik işe geciken adamlarda her gun gorurem.oturub heyetde mudure zeng edir deyirki Tixacdayam))) bu cehennem , Mudurde eyni sozü deyir. En biyabirçiliq ikiside yoldayam deye deye biri oturub siqaret chekir digeride blokdan chixir. Sonda demek isterdim. Bele insanlarla işlemek çox biyabirçiliqdir. Yalan ve Saxta adamdirlar. Beleleri gerek 2 ilden bir digerleri ile evezlenmelidir.yoxsa harinlayirlar

  • Huseyn Eliyev

    Bineqedi rayonu rayonu Ceyhun Hacibeyli kucesi bina 64 qezali veziyyetdedir. Aidiyyetli qurumlardan xahis edirem bu binani plana alib sokuntuye baslasin

  • Ramin

    Burada esas fikiri men hemise deyirem, ehalini kendlere ve rayonlara kocurmek lazimdir. Eks teqdirde ne etsende xeyiri olmayacaq. Is saatlarinin deyisdirilmesinin hec bir faydasi olmayacaq. Rayonlardan Bakiya axininin qarsisi alinmalidir. Hele sovet vaxti rayon qeydiyyatli sexsler Bakida islemeye qoymurdular. O qanunu yene tetbiq elemek lazimdir.

  • .Nizami Aliev

    1. Айгюн - Айгун, разница видна ? Роя или Рёя ? подумайте ... 2 . Между работай качественной и работой- день прошёл да и слава Богу, большая разница .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar