Ru
14:00 / 12 Yanvar 2019

- Faciəyə görə Kəbirə Məmmədova məhkəməyə veriləcək Bakıda daha bir süpürgəçi öldü

6918

Yanvarın 11-də saat 4 radələrində Binə Ticarət Mərkəzində faciəvi hadisə baş verib. 


BakuPost-un məlumatına görə,  ticarət mərkəzində süpürgəçi işləyən 1978-ci il təvəllüdlü Qaradağ rayon sakini Hacıyeva Səfaqət Güləhməd qızı faciəvi şəkildə ölüb. 


İki uşaq anasının hansı səbəbdən öldüyü dəqiq bilinmir. Binə Ticarət Mərkəzində çalışanların bir qismi mərhumun yaxınlarına onun uçan bir mağazanın altında qaldığını bildiriblər. Bəzi satıcılar isə Ş. Hacıyevanın avtomobil vurması nəticəsində dünyasını dəyişdiyini söyləyiblər. Ancaq ötən müddət ərzində Binə Ticarət Mərkəzinin rəhbərliyi iş başında həyatını itirən Ş. Hacıyevanın nə ailəsinə baş çəkib, nə də yaxınlarına onun hansı səbəbdən öldüyünü bildirməyiblər.

Mərhumun yaxınları Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovada aidiyyəti qurumlara şikayət edəcəyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər