Ru
16:36 / 03 Dekabr 2021

Bakıda məktəb direktoru karantinə alındı

2339
Bakı şəhəri 224 nömrəli tam orta məktəbin direktoru COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantinə cəlb edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - deyə məlumatda qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər