Ru
15:35 / 06 İyun 2026

Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto

Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto
Eye

Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Trend-ə verilən açıqlamada sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünün həyata keçirildiyi bildirilib.

Məlumata görə, bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.

İcra hakimiyyətindən bildirilib ki, sözügedən mənzilin sahibi N.Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.

“Sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Media nümayəndələrini yalnız rəsmi mənbələrə istinad etməyə və təsdiqlənməmiş məlumatların yayılmamasına çağırırıq”, - deyə məlumatda qeyd edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar