Ru
12:58 / 18 Noyabr 2025

Bakıda mənzil talandı – 78 minlik seyf oğurlandı – VİDEO

Bakıda mənzil talandı – 78 minlik seyf oğurlandı – VİDEO
Eye

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.

Bakupost.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar