Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Ankara məktəbi" məktəb-liseyinin direktoru işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bildirilib.
Məlumatda qeyd olunub ki, Səmayə Eynullayevanın çalışmanın yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.