Ru
16:58 / 11 Avqust 2025

Qonşuları Zukerberqdən şikayət edir

Qonşuları Zukerberqdən şikayət edir
Eye

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq barədə qonşuları şikayət ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Zukerberq Kaliforniyada ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox vəsait xərcləyib və burada, övladları üçün xüsusi məktəb də olan yaşayış kompleksi yaradıb. Lakin jurnalistlərin yazdığına görə, onun qonşuları hesab edirlər ki, həm yerli hakimiyyət, həm də polis digər sakinlərin ziyanına olaraq Zukerberqə həddindən artıq dəstək göstərir.

Əsas narazılıqlar əraziyə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Belə ki, korporasiya rəhbərinin evlərində qonşu sahələri də əhatə edən kameralar quraşdırılıb, Zukerberqin mühafizəçiləri gəzintiyə çıxan sakinlərə lazımsız suallar verir, həmçinin şirkət əməkdaşları üçün tez-tez təşkil edilən axşam tədbirləri narazılıq yaradır. Digər sakinlər bildiriblər ki, bir dəfə polis belə tədbirlərdən birinin mühafizəsini təmin etmək üçün ictimai yolda evakuasiya da təşkil edib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar