Ru
18:43 / 11 Avqust 2025

TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı

TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı
Eye

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub.

TƏBİB-dən Bakupost.az-a verilən məlumata görə, vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.

Qeyd edək ki, bu məlumata veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar