Ru
15:35 / 11 Avqust 2025

Türk Mədəniyyəti və İrsi Fondundan Birgə Bəyannamənin imzalanması barədə AÇIQLAMA

Türk Mədəniyyəti və İrsi Fondundan Birgə Bəyannamənin imzalanması barədə AÇIQLAMA
Eye


Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək Bəyanat yayıb.

Bakupost.az -a fonddan verilən məlumata görə, bəyanatda deyilir:

“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.
Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olub.
Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaq. “


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar