Ru
10:21 / 01 Avqust 2025

Bakıda qadın sürücü qucağında itlə maşın sürdü - VİDEO

Bakıda qadın sürücü qucağında itlə maşın  sürdü - VİDEO
Eye

"Avtomobil idarə edərkən sürücünün bütün diqqəti yola, ətrafda baş verən proseslərə və nəqliyyat vasitəsinin idarə olunmasına yönəlməlidir".

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

"Təəssüf ki, bəzi sürücülər sükan arxasında olduqları vaxt ev heyvanlarını qucaqlarında saxlayaraq, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.

Qucaqda saxlanılan heyvan hər an gözlənilməz reaksiya verə, sürücünün diqqətini yayındıra və ya avtomobilin idarəetməsinə maneə törədə bilər. Bu kimi hallar qəza riskini əhəmiyyətli dərəcədə artırır və faciəvi nəticələrə səbəb ola bilər.

Qeyd olunmalıdır ki, avtomobildə daşınan heyvanlar üçün xüsusi daşıyıcı avadanlıqların istifadəsi mütləqdir. Bunlardan istifadə etməmək - yol hərəkəti qaydalarının pozulmasına və yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli olmağa, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyə çağırır.

Unutmayın: bir anlıq diqqətsizlik - geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!"

Azərbaycanda qadın sürücünün qucağında itlə avtomobil idarə etməsinin görüntülərini təqdim edirik:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar