Ru
11:50 / 10 Dekabr 2019

Ögey ananın azyaşlılara işgəncə verməsi ilə bağlı cinayət işi başlandı - RƏSMİ

1717
Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

BakuPost.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində yazıb.


O bildirib ki, iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər