Ru
00:25 / 04 Dekabr 2020

Şadlıq saraylarında toy edən kimlərdi? - DİN araşdırmağa başladı

Şadlıq saraylarında toy edən kimlərdi? -   DİN araşdırmağa başladı
Eye

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

"BakuPost"un əldə etdiyi məlumata görə, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Şöbə rəisi “BakuPost”a bildirdi ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar