Ru
23:02 / 10 Noyabr 2025

Bakıda sakinləri qorxuya salan 100 yaşlı bina: Hər an yana bilər... - VİDEO

Bakıda sakinləri qorxuya salan 100 yaşlı bina: Hər an yana bilər... - VİDEO
Eye

Bakıda Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərəliyev küçəsində 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın baş verə bilər.

Bakupost.az xəbər verir ki, bina sakinləri 100-dən çox yaşı olan tikilinin qəzalı şəraitdə olduğunu, problemlərinin saymaqla bitmədiyini bildirib.

Binanın taxta və qamış kimi yanar konstruksiyadan ibarət olması isə sakinlərin qorxusunu artırıb. Şikayətçilər binanın tamamilə yararsız hala düşməsi üçün bir kibritin kifayət etdiyini bildiriblər.


Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binadakı vəziyyətdən xəbərdardırlar. Binanın qəzalı olması ilə bağlı məlumatlar aidiyyəti üzrə yöndəldirilib. Proses mərhələli şəkildə icra olunur.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar