Ru
14:56 / 25 Avqust 2025

Bakıda taksidə kondisioner üstündə dava düşdü – VİDEO+AYNA-dan açıqlama

Bakıda taksidə kondisioner üstündə dava düşdü – VİDEO+AYNA-dan açıqlama
Eye

“Ekonom” taksi sifariş edildiyi üçün kondisioneri yandırmaqdan imtina edən sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri sürücü özü sosial şəbəkədə paylaşıb.

Məlumata görə, avtomobilə əyləşən xanım sərnişin isti olduğunu bildirərək sürücüdən kondisioneri işə salmasını tələb edib. Lakin sürücü bunun yalnız “komfort” tarifində mümkün olduğunu deyərək imtina edib. O, sərnişinə “ekonom” sifariş etdiyi üçün bu xidmətdən istifadə edə bilməyəcəyini bildirib.

Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir qrup istifadəçi sərnişini haqlı saysa da, digərləri sürücünü müdafiə edir. Bəziləri isə bu problemin taksi şirkətlərinin xidmət şərtləri və qanunvericilik çərçivəsində həll olunmalı olduğunu qeyd edirlər.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirib ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur:
“Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.
“Lisensiyalar və icazələr haqqında” Qanuna əsasən, tələbləri yerinə yetirməyən sürücülərin icazələri qanunamüvafiq qaydada ləğv edilir”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar