Ru
09:30 / 26 Avqust 2025

Bakının bu ərazilərində qaz kəsiləcək

Bakının bu ərazilərində qaz kəsiləcək
Eye

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar avqustun 26-da saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar