Ru
11:12 / 26 Avqust 2025

Keçmiş məcburi köçkünlər Mehriban Əliyevanı təbrik edirlər

Keçmiş məcburi köçkünlər Mehriban Əliyevanı təbrik edirlər
Eye

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlara və məcburi köçkünlərə həssas münasibəti, onların sosial məsələlərinin həllinə, təhsilinə, sağlamlığına diqqət və qayğısı mühüm yer tutur. Prezident İlham Əliyevlə birlikdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində Mehriban xanımın doğma yurd yerlərinə qayıdan insanlarla səmimi görüşləri, söhbətləri unudulmaz hadisəyə çevrilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsin bərpasında fəal iştirak edir, mənəvi dəyərlərimizin qorunmasına və zənginləşdirilməsinə sanballı töhfələr verir.

Keçmiş məcburi köçkünlər istər didərginliyin çətinliklərini çəkdikləri dövrdə, istərsə də indi Böyük Qayıdışın sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşadıqları günlərdə onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma minnətdardırlar. Qarabağdan, Şərqi Zəngəzurdan əziz və hörmətli Mehriban xanıma ad günü münasibətilə ünvanlanan təbriklər bu səmimi duyğunun bariz ifadəsidir.

Bakupost.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinın hazırladığı təbrik videoçarxını təqdim edir:





Şərhlər
  • Tahir

    Xüsusən uşaqlara çox həssasdir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar