Ru
11:36 / 26 Avqust 2025

Bakı metrosunun ilk yarımillikdə əldə etdiyi gəlir AÇİQLANDI

Bakı metrosunun ilk yarımillikdə əldə etdiyi gəlir AÇİQLANDI
Eye

"Bakı Metropoliteni" QSC bu ilin yanvar-iyun aylarında sərnişin daşımalarından 54 milyon 37,2 min manat gəlir əldə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 % çoxdur.

Hesabat dövründə metropolitenin xidmətlərindən 111 milyon 394,7 min nəfər (-1,6 %) istifadə edib.

Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar