Ru
23:52 / 25 Avqust 2025

Qubadlıdan olan keçmiş məcburi köçkün yayılan səs yazısı ilə bağlı danışdı: Onlar evdən çıxarıla biləcəkmi? - VİDEO

Qubadlıdan olan keçmiş məcburi köçkün yayılan səs yazısı ilə bağlı danışdı: Onlar evdən çıxarıla biləcəkmi? - VİDEO
Eye

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

Bakupost.az Xezerxeber.az-a istinadla xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir.

Məlumata görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edib, evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul istəyib.

Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.

Mənzilin əsl sahibi Səlminaz Verdiyeva isə deyir ki, öz evi ola-ola yataqxanada yaşayır. Ev sahibi bildirir ki, həmin keçmiş məcburi köçkünlərin evi boşaltmaları üçün qərar da verilib. Ancaq onlar nəinki buna əməl etmirlər, əksinə, buna görə rv sahibindən pul tələb edirlər.

Baş verənlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən də bildirilib ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

Daha ətraflı süjetdə:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar