“Donald Tramp Vladimir Putinə qarşı yumşaq davranmır, artıq onu strateji olaraq küncə sıxışdırıb”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ prezidentinin dini məsələlər üzrə müşaviri Mark Börns deyib.
“Prezident Tramp mümkün qədər diplomatik olmaq üçün əlindən gələn hər şeyi edib. Onun məqsədi Üçüncü Dünya müharibəsinin qarşısını almaqdır. Bəziləri onun Vladimir Putinə güzəştə getdiyini düşünür, amma belə deyil. Bəzilərinin düşündüyü kimi ona qarşı yumşaq deyil. Prezident Putini strateji baxımdan dalana dirəyib. Rusiya iqtisadiyyatının zəif olduğunu bilirik. Prezident Ukrayna məsələsində bütün səlahiyyətlərindən istifadə etməyə məcbur olacaq”, - Börns vurğulayıb.