Ru
19:31 / 25 Avqust 2025

Hindistanda "Boeing" təyyarəsinin qəzaya uğramasının - MÜMKÜN SƏBƏBİ

Hindistanda "Boeing" təyyarəsinin qəzaya uğramasının - MÜMKÜN SƏBƏBİ
Eye

Bu ilin iyununda "Air India" təyyarəsinin qəzaya uğramasına göyərtədəki tualetlərin su təchizatındakı nasazlıq səbəbindən yaranan elektrik problemləri səbəb olmuş ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Mirror" nəşri həlak olanların ailələrinin maraqlarını təmsil edən vəkil Mayk Endryusa istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, qəzaya pilotun səhvinin səbəb olması barədə kifayət qədər dəlil yoxdur. O qeyd edib ki, tualetlərdə içməli su təchizatı sistemindəki nasazlıq elektrik naqillərində qısaqapanmaya və mühərriklərin dayanmasına səbəb ola bilərdi. ABŞ Mülki Aviasiya Federal Administrasiyası isə həmin problem barədə iyunun 12-də baş verən qəzadan bir ay əvvəl xəbərdarlıq edib.

Vəkil həmçinin qəzaya səbəb ola biləcək bir sıra texniki və mühəndislik problemləri barədə məlumatının olduğunu da iddia edib.

Xatırladaq ki, Əhmədabad-London marşrutu üzrə "AI171" reysini yerinə yetirən "Air India" aviaşirkətinə məxsus avialayner iyunun 12-də Hindistanın Qucarat ştatında, hava limanı yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə iki pilot və 10 bort bələdçisi də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız bir sərnişin sağ çıxıb. Təyyarə Əhmədabaddakı tibb kollecinin yataqxanasının üzərinə düşüb və bu da əlavə insan itkilərinə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar