Ru
20:01 / 25 Avqust 2025

Paşinyan Pekində keçiriləcək hərbi paradda iştirak edəcək

Paşinyan Pekində keçiriləcək hərbi paradda iştirak edəcək
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Çinin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri zamanı təkcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyil, həmçinin sentyabrın 3-də Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi şərəfinə keçiriləcək hərbi paradda iştirak edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Çinin Ermənistandakı səfirliyində keçirilən qəbulda diplomatik missiyanın rəhbəri Li Sinvey bildirib.

Xatırladaq ki, daha əvvəl 31 avqust-1 sentyabr tarixlərində Çinin Tyantszin şəhərində keçiriləcək ŞƏT sammitində Ermənistanın Baş nazirinin də iştirak edəcəyi bildirilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar