Ru
18:57 / 25 Avqust 2025

Baş Qərargah rəisindən Netanyahuya çağırış: Atəşkəs təklifini qəbul et!

Baş Qərargah rəisindən Netanyahuya çağırış: Atəşkəs təklifini qəbul et!
Eye

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərini ələ keçirmək planı ilə bağlı xəbərdarlıq edərək, Baş nazir Benyamin Netanyahunu HƏMAS girovluğunda olan şəxslərin azad edilməsi üçün atəşkəs təklifini qəbul etməyə çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Kanal 13” (İsrail) məlumat yayıb.

Zamir Hayfadakı hərbi-dəniz bazasına səfəri zamanı deyib:

“Masa üzərində razılaşma var, sazişin təkmilləşdirilmiş variantı ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff tərəfindən müzakirə olunub və biz bunu qəbul etməliyik”.

Baş Qərargah rəisi Qəzza şəhərinin ələ keçirilməsi planının bölgədə qalan 20 girovun həyatını təhlükəyə atacağından narahatlığını qeyd edib:

“HƏMAS yaraqlıları onları öldürə və ya onlarla birlikdə özlərini partlada bilərlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar