“Avropa İttifaqının liderləri məni zarafatla “Avropa prezidenti” adlandırırlar”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri Ağ Evdə bəzi fərmanlar imzalayarkən ABŞ-nin “hazırda dünyanın ən hörmətli ölkəsi” olduğunu iddia edib.
Tramp Avropa İttifaqının liderləri barəsində danışarkən bildirib:
"Onlar sizin prezidentinizə o qədər hörmət edirlər ki, zarafatla məni “Avropanın prezidenti” adlandırırlar. Bu, böyük şərəfdir. Avropanı, bu insanları bəyənirəm. Onlar yaxşı insanlar, böyük liderlərdir”.