Ru
18:48 / 25 Avqust 2025

BQXK Azərbaycandakı fəaliyyətini tezliklə dayandıracaq

BQXK Azərbaycandakı fəaliyyətini tezliklə dayandıracaq
Eye

Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.

Bu barədə Bakupost.az-a BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.

Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".

O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar