Ru
21:37 / 25 Avqust 2025

Qarşıdakı 5 ildə bu ölkələrdə müharibə yenidən alovlana bilər - ABŞ kəşfiyyatı

Qarşıdakı 5 ildə bu ölkələrdə müharibə yenidən alovlana bilər - ABŞ kəşfiyyatı
Eye

ABŞ kəşfiyyatı və ekspertləri növbəti beş ildə lokal böhranların qlobal nəticələrlə müharibələrə çevrilə biləcəyi bir neçə region olduğunu proqnozlaşdırırlar.

Bakupost.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məqalə müəllifləri Hindistan və Pakistanı nüvə münaqişəsinə əsas namizədlər hesab edirlər.

Çin eyni vaxtda iki potensial münaqişəyə cəlb oluna bilər. Müəlliflərin fikrincə, Tayvan ssenarisi beynəlxalq sistem üçün dönüş nöqtəsi olacaq.

İkinci mümkün qaynar ocaq isə Hindistanla müstəmləkə dövründən qaynaqlanan sərhəd münaqişəsidir.

Qərb ekspertləri Rusiyanın Baltikyanı ölkələrə hipotetik hücumunu da risklər sırasına daxil edir ki, bu, NATO-nu sınaqdan keçirəcək.

Analitiklər bildirirlər ki, Şimali Koreyada Kim Çen In rejiminin qeyri-sabitliyi və nüvə silahına güvənməsi böhranın proqnozlaşdırılmasını çətinləşdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar