Beşmərtəbəli yaşayış binasının qarşısına armaturlar döşənib, ərazi betonun tökülməsi üçün hazır vəziyyətə gətirilib. Ətraf hasarlanıb, hətta beton da tökülüb.
Görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov 8 ünvanındandır. Qəsəbə sakinləri iddia edirlər ki, sözügedən ünvana yeni köçən sakinlərdən biri eyvanın qarşısına beton töküb, ərazidəki bordürləri sökərək gecə ətrafı hasarlayıb.
Çəkliş qrupu ünvana çatanda artıq tikili sökülmüşdü. Sakinlərdən öyrəndik ki, aidiyyəti qurumların müdaxiləsindən sonra tikinti dayandırılıb.
Qonşuların iddialarına aydınlıq gətirmək məqsədi ilə ərazidə tikintiyə başlamaq isəyən şəxsi də saatlarla gözlədik. Amma, gəlmədi...
Biləcəri bələdiyyəsindən isə bildirildi ki, sözügedən ünvanda vətəndaş tərəfindən özbaşına abadlıq işlərinin görülməsinə cəhd göstərilərək, əraziya beton tökülüb. Aidiyyəti qurumlar isə qarşısını alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mart+may çox geniş, ciddi, dəqiq bölümlü, yüksək keyfiyyətli yollar, səkilərin, müxtəlif su, üfunətli kanalizasiya və digər yalaq-lyukların yenidən-qurma və təmiri, avtobus və taksi duraklarının yerlərini ən səmərəli tanıtım quruculuğu və nişanlama zamanıdır ki, mümkün qədər bir neçə söküb-qurma və nişanlama işlərinə ehtiyac-xərc olmasın? Hərə öz yolunu tanıyıb, hərə öz yoluna davam edə bilsin!?