İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin hücumçusu Erlinq Holandla ciddi maraqlanır.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, klub prezidenti Joan Laporta heyəti gücləndirmək niyyətindədir və 24 yaşlı hücumçunu transfer etməyi düşünür.
Təxminən 125 milyon avro dəyərində olan transferi maliyyələşdirmək üçün rəhbərlik Ronald Arauxo başda olmaqla bir neçə oyunçu ilə ayrılmağa hazırdır. Dani Olmo və Fermin Lopes də potensial olaraq satışa çıxarılırlar.
Qeyd edək ki, bu mövsüm Holand bütün turnirlərdə klub üçün səkkiz oyuna çıxıb, 11 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 180 milyon avro qiymətləndirir. Hazırda yalnız Lamin Yamal norveçlidən bahadır - 200 milyon avro.