Ru
22:57 / 03 Oktyabr 2025

Kobaxidzedən müxalifətə çağırış: İnqilab ideyasından əl çəkin!

Kobaxidzedən müxalifətə çağırış: İnqilab ideyasından əl çəkin!
Eye

Gürcüstanın baş naziri Kobaxidze müxalifəti oktyabrın 4-də etiraz aksiyalarından əl çəkməyə çağırıb.

Bakupost.az xəbər verir ki, brifinq zamanı Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət partiyalarını şənbə, oktyabrın 4-nə planlaşdırdıqları inqilab planından imtina etməyə çağırıb:

“Biz bütün siyasi partiyaları və digər birlikləri zorakılıqdan, konstitusiya quruluşunun dəyişdirilməsi ideyasından uzaqlaşmağa çağırırıq”.

Siyasətçi fəallara xəbərdarlıq edib ki, hakimiyyət etirazlar zamanı istənilən zorakılığa “ən sərt hüquqi cavab” verəcək. Kobaxidze vətəndaşlara xatırladıb ki, ötən ilki mitinqlər nəticəsində etirazçılar iki ildən dörd il yarımadək həbs cəzası alıblar.

Baş nazir vurğulayıb ki, qarşıdan gələn seçki günü zorakılığa görə cəza "daha sərt" ola bilər.

Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər oktyabrın 4-nə təyin edilib. Müxalif düşüncəli vətəndaşlar geniş miqyaslı küçə etirazları ilə həmin gün “hakimiyyətin dinc yolla devrilməsi”nə cəhd etmək niyyətlərini açıq şəkildə bəyan edirlər.

Sentyabrın 15-də polis Gürcüstanın müxalifət partiyası "Droa"nın lideri Elene Xoştariyanı Tbilisinin hazırkı meri, "Gürcü Arzusu" partiyasından paytaxt merliyinə namizəd Kaxa Kaladzenin seçki pankartını zədələdiyinə görə saxlayıb . Bundan sonra ölkədə etirazlar daha da şiddətlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar