Ru
11:12 / 07 Sentyabr 2021

Başçı müavini şəhidlərimizin məzarı üzərinə qoyulan bayraqları zibilliyə atdırdı - VİDEO

2990
Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Axar.az-a şəhidlərimizin qohumları məlumat verib.

Bildirilib ki, avqustun 29-u Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.

Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının müavini Etibar Yusifov verib.

Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov ”əcəb etmişik” deyib.

Oğuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı bu məsələ ilə bağlı məlumatlandırılıb:

“Araşdırma aparılır. Tezliklə məsələ öz həllini tapacaq”.

Şəhid məzarı üzərindən əklilləri, dövlət bayrağımızı götüzdürərək yaxınlıqdakı zibillik əraziyə tullanması göstərişini verən Etibar Yusifov isə zənglərimizə cavab vermədi.

Qeyd: Video şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən qeydə alınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər