Ru
09:29 / 06 Yanvar 2026

Bayram günlərində təcili yardıma müraciətdə rekord – VİDEO

Bayram günlərində təcili yardıma müraciətdə rekord – VİDEO
Eye

Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub.

Bakupost.az TƏBİB-ə istinadən xəbər verir ki, 31 dekabr-4 yanvar tarixlərində ümumilikdə 27 min 779 çağırış daxil olub.

Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış ilin ilk günü Bakı şəhəri üzrə qeydə alınıb. Yanvarın 1-də müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Bayram günləri zəhərlənmə halları ilə də yadda qalıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qeyri-iş günlərində 13 nəfər zəhərlənib.

Həkim və mütəxəssislər qidaların istehlak müddətinə xüsusi diqqət yetirməyə çağırır. Bildirilir ki, düzgün saxlanılmayan və ya istehlak müddəti keçmiş qidalar ciddi zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə 3 gündən artıq qalan bəzi yeməklərin istifadəsi zəhərlənmə ilə yanaşı, ölüm riskini də artırır.

Bakupost.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar