Ru
16:21 / 10 İyun 2026

Bazar yenə silkələnir: Qızıl ucuzlaşdı, neft bahalaşdı

Bazar yenə silkələnir: Qızıl ucuzlaşdı, neft bahalaşdı
Eye

ABŞ və İran arasında baş verən son hərbi toqquşmalar qlobal bazarlarda ciddi gərginlik yaradıb.

Bakupost.az xəbər verir ki, hadisələrin fonunda investorların davranışı dəyişib, nəticədə qızıl təzyiq altında qalaraq ucuzlaşıb, neft isə bahalaşıb. Bu vəziyyət qlobal inflyasiya risklərini daha da gücləndirir.

ABŞ-nin İran hədəflərinə zərbələr endirməsi və bölgədə partlayış xəbərlərinin yayılması onsuz da kövrək olan atəşkəsi təhlükə altına salıb. Xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı dünya enerji bazarları üçün böyük risk hesab olunur. İranın cavab verəcəyi ilə bağlı açıqlamaları isə gərginliyin daha da artacağını göstərir.

Bütün bu proseslər fonunda bazarlarda qeyri-müəyyənlik artır, investorlar ehtiyatlı davranmağa başlayır və bu da həm qiymətli metallar, həm də enerji resursları üzərində dalğalanmanı daha da gücləndirir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar