Ru
11:56 / 09 Dekabr 2019

BDU-nun komandası ölkə çempionu oldu - FOTO

3959
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən “Ali məktəb tələbələri arasında Futzal yarışması” çərçivəsində BDU Futzal Komandası ölkə çempionu olub.

BakuPost xəbər verir ki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşmış və qrup lideri olaraq 4/1 final mərhələsinə keçib.

BDU Futzal Komandası 4/1 mərhələsində Bakı Mühəndislik Akademiyası və Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlib və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutub. Final oyununda 4-2 hesabı ilə qalib gələn BDU futzal Komandası ölkə çempionu adın qazanıb.

İkinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin yığması qərarlaşıb.

Qeyd edək ki, BDU Fudzal Komandasının sponsoru BDU Tələbə Həmkarlar İttifaqı Komitəsidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər