Ru
10:42 / 12 Noyabr 2019

BDU-nun rektoru barədə şok ittihamlar – Ekspert nazirə müraciət etdi

37189

“Rektor bütün qohumlarını işə götürüb, trol şəbəkəsi yaradıb”


Tanınmış təhsil eksperti, Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü Etibar Əliyev Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevu kəskin tənqid edib.

BakuPost xəbər verir ki, o, rektoru qohumbazlıqda, “trol şəbəkəsi” saxlamaqda ittiham edib və Təhsil nazirindən onu cəzalandırmağı xahiş edib: “Hörmətli Ceyhun müəllim, Himayəçilər Şurasına Rəhbərlik etdiyiniz Bakı Dövlət Universitetində nələrin baş verməsindən xəbəriniz varmı?

Universiteti qohumbazlıq, traybalizm, kollektivə qarşı saymazlıq, rektor ədabazlığı və ərköyünlüyü bürüyüb. Elçin Babayev baldızı Ləman Hüseynbəylini həm özünə köməkçi, həm də onu "Ümumi şöbə"yə müdir təyin edib. Mənə verilən məlumata görə Universiteti bu qadın və Tədris hissə müdiri, qohumu Elçin Məmmədov idarə edir. Elçin Məmmədov feysbukda trol qrupuna rəhbərlik edənlərdən biridir. Bacısının yoldaşı, vaxtilə polis işçisi olmuş Fikrət Heydərovu "Ümumi İşlər üzrə" müşavir vəzifəsinə təyin edib. Tələbə Gənclər Təşkilatının rəhbəri Nicat İsmayılov tələbələri dərsdən ayırmaqla "trol qrupuna" cəlb edib. Müavini Rəcəb Məmmədzadə onun bu işlərdə aktiv dəstəkçisidir. Həm də Babayevin yaxın sirdaşı Ləman Hüseynbəylinin sürücüsüdür. Mən bunların adını çəkməklə onları cəmiyyətə təqdim etmək istədim və məqsədim bu cür adamları tanıtmaqdır.

Belə nalayiq hərəkətlər Bakı Dövlət Universitetində heç vaxt baş verməyib və 100 yaşı tamam olan təhsil ocağının tarixinə ləkədir.

Hörmətli Ceyhun müəllim, Sizin adınıza da ləkə gətirən bu cür hərəkətləri durdurun.

Bakı Dövlət Universitetində baş verən biabırçılıqlarla bağlı qısa müddətdə mövqeyinizi ortaya qoymağınızı Sizdən xahiş edirəm. Nəzərə alın ki, bu cür qeyri-mənəvi və qeyri-əxlaqi hərəkətlərə bilərəkdən 100 illikdə yol verilməklə Sizin də nüfuzunuza xələl gətirilir”.

Ekspertin ittihamları ilə bağlı BDU-nun mətbuat xidmətindən BakuPost-a bildirilib ki, rektora məruzə edildikdən sonra açıqlama veriləcək.

Şərhlər
  • Bdu telebesi

    Duzdur ozbasinalig rusvetxorlug bizim üniversitetde bas alib gedir kim nece istyr ele dekanlar rusvet alirlar muellimlerede tapsirirlar ki hansi telebeye bal yazilmalidi muellimde utanmaz utanmaz sinifde gelib tapsirilan telebeni cagirir usag basi alladirlar bular Allah görür nece haqqini yeyirsiz kasib telebelerin pula yixilanlar gozderi doymuyanlar

  • user

    Halal olsun.Baxın belə susmamaq lazımdır.Biliyə,maarifə hörmətləri yoxdur.Nəinki Elçin Babayev,universitetin işçi heyəti xüsusilə də dekanlar çox ədəbazdır

  • Mamed

    Elçin Babayev universitetə təyin olunduğu ilk günlərdən gedən Abel Məhərrəmova rəhmət oxutdurur.

  • lale

    Ellcin Babayev ziyali adina lekedir.Elm fondunda da butun qrantlarin 40 faizini shexsen ozu menimseyirdi

  • Rufət

    Rektor sənədlə Elçin Babayev olsa da əslində o oz səlahiyyətlərini Ləman adlı qadına hədiyyə edib. Mən 8 aydır ki rektorun qəbuluna süni maneələr səbəbindən düşə bilmirəm. Səbəb isə Ləman Hüseynbəylinin belə istəməsidir. Nə baş verir BDU-da? Rektor bəlkədə şəxsiyyətə pərəstiş dövrünü yaşayır ROma İmperatoru kimi. Axırda BDU-nu yandırmasa yaxşıdır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər