Ru
10:38 / 11 Oktyabr 2025

BƏƏ məşhur narkobaronları Türkiyəyə verdi

BƏƏ məşhur narkobaronları Türkiyəyə verdi
Eye

Türkiyə Daxili İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları ilə həyata keçirdikləri birgə əməliyyat nəticəsində "Don Vito" ləqəbli narkobaron Abdullah Alp Üstün və onunla eyni mütəşəkkil cinayətkar təşkilatın maliyyə əməliyyatları üzrə "məsul şəxsi" Həsən Lala tutulub.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.

O bildirib ki, şübhəlilər oktyabrın 11-də səhər saatlarında Türkiyəyə ekstradisiya edilib.

Qeyd edək ki, Abdullah Alp Üstün "Çroke" (Chrooke) adlandırılan mütəşəkkil cinayətkar təşkilatın lideridir. Onun barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar