Ru
09:46 / 10 Sentyabr 2025

Biabırçılıqdır - Ukraynalı qapıçı

Biabırçılıqdır - Ukraynalı qapıçı
Eye

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə heç-heçə (1:1) etdikləri oyunun nəticəsini biabırçılıq adlandırıb.

Bakupost.az xəbər verir ki, 24 yaşlı qolkiper bu barədə qarşılaşmadan sonra yerli "Tribuna" nəşrinə açıqlama verib.

O, bunun çox pis nəticə olduğunu hesab edib:

"Hansı təəssüratlar ola bilər? Məncə, biabırçılıqdır. Çünki belə matçlarda qalib gəlmək, bu cür zəif rəqibləri məğlub etmək lazımdır. İrəliləmək istəyiriksə, qələbə qazanmalıydıq. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq".

Qeyd edək ki, Azərbaycan yığması ilk matçda İslandiyaya (0:5), Ukrayna isə Fransaya (0:2) məğlub olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar